12:25 10-01-2021
news_image
268
FUTBOL

“Mançester Siti”yə rəqib çıxdı – Premyer Liqa klubu

Avstriyanın “Zalsburq” klubunun futbolçusu Patson Daka daha bir komandanın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Vest Hem” klubu da hücumçunun xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisi 22 yaşlı forvard uçun 25 milyon funt sterlinq ödəməyi planlaşdırır. Daka digər İngiltərə klubu “Mançester Siti”nin də transfer siyahısında yer alıb.

Qeyd edək ki, Patson cari mövsümün 17 oyununda 15 qol vurub.