12:48 10-01-2021
news_image
315
FUTBOL

A seriyasında qalacaq – danimarkalı müdafiəçi

İtaliyanın “Cenoa” klubu ilə müqaviləsinə xitam verilən Lassa Şene karyerasını A seriyasında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, danimarkalı müdafiəçi İtaliyanın digər klubuna keçir.

34 yaşlı arxa xətt oyunçusu “Kalyari” ilə danışıqları yekunlaşdırmaq üzrədir. Yaxın günlərdə müqavilənin imzalanacağı gözlənilir.