18:02 10-01-2021
news_image
506
FUTBOL

“Zirə”ni üstələdi – “Sumqayıt”

Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlaşan komandaların iştirakı ilə daha bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, “Zirə” “Sumqayıt”la qarşılaşıb.

Bu, hər iki komandanın 2021-ci ildə ilk sınağı olub. Premyer Liqanın turnir cədvəlinin ilk yarısında qərarlaşan rəqiblər "Dalğa Arena"da görüşüb.

Cavid İmamverdiyevin erkən qolu həm “Sumqayıt”ı hesabda önə çıxarıb, həm də 2021-ci ildə Azərbaycanda vurulan ilk top olub. Bakılılar hesabda tarazlıq yaratsa da, fasiləyədək sumqayıtlılar yenidən fərqlənib. Cavid dublunu rəsmiləşdirib. İkinci hissədə Vurğun Hüseynov “Gənclik şəhəri” təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. Zirənin eyniadlı təmsilçisi yalnız son dəqiqələrdə daha bir qol vurub.
 
Qeyd edək ki, hər iki komanda növbəti yoxlama matçını yanvarın 14-də keçirəcək. “Zirə” “Qarabağ”la “Sumqayıt” “Qəbələ” ilə üz-üzə gələcək.

Yoxlama oyunu
10 yanvar
16:00. "Zirə" - "Sumqayıt" – 2:3
Qollar:
Davit Volkov, 34, Musa Qurbanlı, 90+3 - Cavid İmamverdiyev, 7, 37, Vurğun Hüseynov, 50
"Dalğa Arena" stadionu