
00:32
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Sualio Meyteni icarəyə götürür.
“Torino”nun 26 yaşlı yarımmüdafiəçisi mövsümün sonunadək Milanın eyniadlı klubunda çıxış edəcək. Onun icarəsi üçün 1 milyon avro ödəniləcək. İcarə müqaviləsində sonradan 9 milyona transfer etmək hüququ da əksini tapıb.
Qeyd edək ki, Meyte cari mövsümdə 14 oyunda 1 qol vurub.