14:51 10-01-2021
news_image
368
FUTBOL

“Real”ın müdafiəçisini istəyir - Mourinyo

İspaniyanın “Real” klubunun futbolçusu Eder Militao karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Tottenhem” braziliyalı müdafiəçini heyətində görməkdə maraqlıdır.

London klubunun baş məşqçisi Joze Mourinyo Militaonu komandasında görmək istəyir. “Real” isə futbolçunu yalnız sərfəli şərtlərlə buraxmağa razıdır. Madridlilərin təxminən 30 milyon tələb etdiyi iddia olunur.

Qeyd edək ki, 22 yaşlı cənubi amerikalı 2019-cu ildən “Real”da oynayır.