21:46 10-01-2021
news_image

Rəqibləri bəlli oldu - cüdoçularımızın

Yanvarın 11-dən 13-dək Qətərin paytaxtı Dohada keçiriləcək cüdo üzrə beynəlxalq "Masters" turnirinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışda Azərbaycan cüdoçularının da rəqibləri bəlli olub.

Təmsilçilərimizdən 6-sı 1/16, 1-i 1/8 finaldan mübarizəyə qoşulacaq. 

1/16 final
11 yanvar

Nicat Şıxəlizadə (66 kq) – Denis Vieru (Moldova)
Orxan Səfərov (66 kq) – Barux Şmailov (İsrail)
Leyla Əliyeva (48 kq) – Aziza Çakir (Mərakeş)
Aişə Qurbanlı (48 kq) – Gülkader Şentürk (Türkiyə)

13 yanvar
Elmar Qasımov (100 kq) – Rafael Buzakarini (Braziliya)
Zelim Kotsoyev (100 kq) – Ramadan Derviş (Misir)

1/8 final
İrina Kindzerska (+78 kq) – Sandra Yablonskite (Litva) / Yasmin Qrabovski (Almaniya) cütünün qalibi