22:25 10-01-2021
news_image
236
FUTBOL

“Çelsi”yə keçməkdən imtina etdi – “Napoli”nin bombardiri

İtaliyanın “Napoli” klubunun futbolçusu Dris Mertens İngiltərə “Çelsi”sinə keçməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Frenk Lempard hücumçunun transferində maraqlı olsa da, forvard karyerasını İngiltərədə davam etdirmək istəməyib.

Mertens bunu “Napoli”dəki durumundan razı qalması ilə izah edib. Neapol təmsilçisi də futbolçu üçün 30 milyon avro tələbi irəli sürüb.

Qeyd edək ki, 2013-cü ildən “Napoli”də oynayan Dris klub tarixinin ən yaxşı bombardiridir.