09:26 11-01-2021
news_image
332
FUTBOL

Baş məşqçi istefası – Türkiyə klubunda

Türkiyənin “Qaziantep” klubunda baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, rəhbərlik çalışdırıcı Marius Şumudiça ilə yollarını ayırıb.

İl yarımdıq Super Liqa təmsilçisinə başçılıq edən rumıniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verildiyi açıqlanıb. Komanda uğurlu mövsüm keçirməsinə baxmayaraq, iki gün əvvəl “Sivasspor”a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilmədən Şumudiça vəzifəsindən ayrılıb.

Qeyd edək ki, “Qaziantep” hazırda 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.