09:33 11-01-2021
news_image
391
FUTBOL

Petreskuya həvalə edildi - “Kayserispor”

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqadakı uğursuzluqlardan sonra Samet Aybaba ilə yollarını ayıran Kayseri təmsilçisi Dan Petresku ilə anlaşıb.

Klub rumıniyalı mütəxəssislə il yarımlıq müqavilə imzalandığını açıqlayıb. Komanda bu müddətdə uğurlu çıxış edərsə, sözləşmənin müddəti avtomatik olaraq daha 1 illik uzadılacaq.

Qeyd edək ki, Polşa, Qətər, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada çalışmış Dan Petreskunun son klubu “Kluj” olub.