09:55 11-01-2021
news_image
675
FUTBOL

Tarixi göstərici - Ronaldodan

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz A seriyasının XVII turunda “Sassuolo” ilə görüşdə (3:1) buna nail olub.

Matçda son nöqtəni qoyan 35 yaşlı forvard Avropanın “Top-5” liqasında son 15 mövsümün hər birində ən azı 15 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, hazırda 15 topla A seriyasında bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, peşəkar karyerası ərzində qol sayını 759-a çatdıran Ronaldo çexiyalı Jozef Biscana məxsus ən çox qol vurma rekorduna da şərik olub.