10:13 11-01-2021
news_image
451
FUTBOL

Müllerə çatdı - Levandovski

Almaniya Bundesliqasının XV turunda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşan “Bavariya” 2:3 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşma münhenlilərin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Bir dəfə fərqlənən polşalı forvard Bundesliqanın ilk 15 turunda 20 qol vuran ikinci futbolçu kimi tarixə düşüb. O, 1968/69 mövsümündə eyni göstəriciyə imza atan əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb.

Qeyd edək ki, Levandovski 2020-ci ildə bir çox fərdi mükafatlara layiq görülüb, FİFA tərəfindən ilin futbolçusu seçilib.