İngiltərə kuboku tarixində 2-ci dəfə Premyer Liqa klubu IV divizion təmsilçisinə böyük hesabla uduzub.
Apasport.az saytının məlumatına görə, “Lids” 3-cü mərhələnin qarşılaşmasında “Krouli”dən üç cavabsız qol buraxıb.
Bunadək yalnız bir dəfə belə hadisə yaşanıb. Bu darmadağın 33 il öncə yaşanıb.
1987-ci ildə “Oksford” “Olderşot”a 0:3 hesabı ilə uduzub. Həmin vaxt da nəticə yanvarın 10-a, 3-cü mərhələyə təsadüf edib.