12:42 11-01-2021
news_image
375
FUTBOL

“Səbail”lə anlaşıb, “Keşlə”ni gözləyir - Rəşad Eyyubov

Qış fasiləsində “Zirə”dən ayrılan Rəşad Eyyubov daha bir klubun diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi “Səbail”dən təklif alıb.

“Keşlə” ilə danışıqları uğursuz nəticələnən Azərbaycan millisinin üzvü “Səbail”lə hətta ilkin razılığa da gəlib. Ancaq futbolçu yekun qərarını vermək üçün “Keşlə”nin yeni təklif edib-etməyəcəyini öyrənmək istəyir. Əgər bu baş verməsə, o zaman Eyyubov qəsəbə təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə bağlayacaq.

Qeyd edək ki, karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi” və “Sabah”ın da formasını geyinmiş Rəşad Eyyubov “Zirə”yə sonuncu komandadan mövsümün əvvəlində keçmişdi.