13:04 11-01-2021
news_image
270
FUTBOL

Müdafiəçisini “Nyukasl”a buraxmadı – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Brendon Uilyamsı satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiəçini qış transfer pəncərəsində başqa kluba keçidinə razı olmayıb.

20 yaşlı futbolçu oyun praktikasının azlığından narazı qalsa da, bununla barışmalı olacaq. Brendon “Nyukasl”ın maraq dairəsində idi. Baş məşqçi Stiv Brüs universal müdafiəçi ilə arxa xətti gücləndirmək istəyir.

Qeyd edək ki, Uilyams 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir.