13:08 11-01-2021
news_image
843
FUTBOL

İranlı legionerini qaytardı – “Sumqayıt”

“Sumqayıt”ın sabiq futbolçusu Mehdi Şərifi Azərbaycana qayıdıb.

Apasport.az saytının məlumatına görə, iranlı hücumçu yenidən “gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.

Ötən ilin martında koronavirus pandemiyası ilə bağlı çempionat dayandırıldıqdan sonra “Sumqayıt”dan ayrılan 29 yaşlı forvard İranın “Paykan” klubuna keçsə də, orada çox qalmayıb. O, mövsümün ikinci yarısından “Sumqayıt”ın formasını geyinəcək.

Qeyd edək ki, “Sumqayıt”a 2019-cu ilin yayında “Persepolis”dən keçən Mehdi Şərifi ötən mövsüm 16 matçda 5 qola imza atıb.