14:20 11-01-2021
news_image
265
FUTBOL

PSJ-nin futbolçusuna müştəri çıxdı – “Lids”

Fransanın PSJ klubunun futbolçusu Yulian Draksler karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin transferə çıxarmağa qərar verdiyi yarımmüdafiəçi “Lids”in maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi futbolçunu icarəyə götürmək istəyir. “Lids” rəhbərliyi Drakslerin transfer qiymətini yüksək hesab edir. Belə ki, parislilərin oyunçu üçün 35-40 milyon avro istəyəcəyi gözlənilir.

Qeyd edək ki, Yulianın PSJ ilə müqaviləsi bu ilin yayında başa çatacaq.