14:55 11-01-2021
news_image
758
FUTBOL

Finlandiyadan hücumçu gətirdi – “Sabah”

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat verib.

Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra bakılıların uğurları üçün çalışacaq. 21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Qeyd edək ki, Fofana karyerası ərzində “İlves” dən başqa Danimarkanın “Norşellan” klubunun U-19 komandasında da çıxış edib.