16:36 11-01-2021
news_image
800
FUTBOL

Mehdi Şərifinin keçidini açıqladı - "Sumqayıt"

"Sumqayıt" klubu sabiq hücumçusu Mehdi Şərifinin qayıdışını rəsmən açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən "kimyaçılar" iranlı forvardın keçidini reallaşdırıb.

Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Mehdi Şərifi ötən mövsüm "Sumqayıt"ın heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının da şərəfini qoruyub. 28 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).