16:54 11-01-2021
news_image
1443
FUTBOL

Qvineya-Bisau yığmasının hücumçusunu bəyəndi - Rəşad Sadıqov

“Qarabağ”dan Musa Qurbanlını icarəyə götürən “Zirə” hücum xəttini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Portuqaliyanın 2-ci liqa təmsilçisi “Leyşoeş” klubunun forvardı Cefferson Enkada karyerasını ölkəmizdə davam etdirə bilər.

23 yaşlı vinger menecerlər vasitəsilə “Zirə”yə təklif olunub. Qvineya-Bisau yığmasının üzvünü izləyən paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov onun oyununu bəyənib. Hazırda tərəflər arasında danışıqlar aparılır. Klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Ceffersonun “Zirə”yə icarə əsasında keçidi istisna deyil.

“Sportinq”in yetirməsi olan Cefferson Enkada “Olhanense”, həmçinin “Gimaraeş”in B komandasında oynayıb. Ötən ilin yayında “Leyşoeş”ə yollanan ucaboy forvard yeni komandasının heyətində keçirdiyi 11 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Cefferson ötən ilin noyabrında ilk dəfə Qvineya-Bisau millisinə çağırılıb. Afrika Millətlər Liqasında Seneqalla matçlara dəvət edilsə də, meydana çıxmayıb.