
22:01
AFFA-nın növbəti Konfransının vaxtı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, tədbir yanvarın 29-da keçiriləcək.
COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında baş tutacaq. Konfrans saat 11:00-da başlayacaq.