17:13 11-01-2021
news_image
358
FUTBOL

Prezident seçkilərinə qatılmayacaq - “Nou Kamp”ı sökdürmək istəyən namizəd

İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə namizədlərdən biri seçkilərə qatılmayacaq.

Apasport.az saytının məlumatına görə, Auqusti Benedito La Liqa təmsilçisinə rəhbərlik etmək şansını itirib.

O, seçkilərə qatılmaq üçün lazım olan sayda səs toplaya bilməyib. Bu səbəbdən də Benedito prezidentlik xəyalları vidalaşıb.

Namizədlər sırasını tərk edən Benedito planlarını açıqlayarkən diqqət mərkəzinə düşmüşdü. O, “Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunu söküb, yerində və ya paytaxtın ətrafında yeni arena inşa olunacağını vəd etmişdi. Benedito bu yay klubla müqaviləsi başa çatan Lionel Messinin komandadakı gələcəyi barədə də bədbin düşündüyünü gizlətməmişdi.