17:40 11-01-2021
news_image
282
FUTBOL

“Çelsi”nin də oyunu təxirə salındı – Premyer Liqada

İngiltərə Premyer Liqasının təqvimində dəyişikliklər edilib.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin “Fulhem”lə yanvarın 15-də keçirilməli olan oyunu bir gün sonra baş tutacaq.

Buna səbəb digər matçın vaxtı ilə bağlı qərardır. “Fulhem”lə “Tottenhem” arasında təxirə salınan qarşılaşma yanvarın 13-nə təyin olunub.

Koronavirus pandemiyasından əziyyət çəkən “Aston Villa”nın iki görüşü barədə qərar verilib. Birminhemlilərin “Tottenhem”lə ayın 13-dəki matçı qeyri-müəyyən vaxta keçirilibsə, “Everton”la ayın 16-na planlaşdırılan qarşılaşma bir gün sonra baş tutacaq.