18:00 11-01-2021
news_image
495
DİGƏR NÖVLƏR

Daha üç idmançımızı diskvalifikasiya etdi - AMADA

Azərbaycanın daha üç idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, 1 karateçi, 1 boksçu və 1 ağırlıqqaldıran diskvalifikasiya olunub. 

Onlar arasında ən ağır cəzanı Gülhüseyn Ağazadə alıb. Boksçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində S1.1B Endogen AAS və onların metabolit və izomerləri tapılıb. O, bu səbəbdən 48 ay cəzalandırılıb. Ağazadənin diskvalifikasiya müddəti 2020-ci il yanvarın 14-dən hesablanmağa başlanılıb.

Karateçi Xudayar Kərimovun cəzası 24 ay olacaq. O, S9. Glükokortikoidlərdən istifadədə günahlandırılır. Kərimov 2022-ci il noyabrın 26-da idmana qayıda biləcək. 

Ağır atlet Firuzə İbrahimova da 24 ay sevimli peşəsindən uzaq qalmağa məhkum edilib. İbrahimovanın cəzalanmasına səbəb S1.1B Endogen AAS - 5aAdioldan (ekzogen mənşəli) istifadədir. Onun diskvalifikasiya müddəti 2021-ci il sentyabrın 23-də yekunlaşacaq.

Qeyd edək ki, AMADA daha öncə 62 idmançımıza cəza tətbiq edib. Həmçinin ağır atletika üzrə 1 həkim də diskvalifikasiyaya məruz qalıb.