00:08 12-01-2021
news_image
322
FUTBOL

Durumuna aydınlıq gəldi – Dibalanın

İtaliyanın “Yuventus” klubunun hücumçusu Paulo Dibalanın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, A seriyasının XVII turunda “Sassuolo” ilə qarşılaşmada zədələnən argentinalı ulduz futbolçu bir müddət komandadan uzaq qalacaq.

Matçın ilk hissəsində zədələnərək əvəzlənən 28 yaşlı ön xətt oyunçusunun sol diz bağlarında problem aşkarlanıb. Həkimlər onun təxminən 20 gün komandasına kömək etməyəcəyini açıqlayıb. Yəni Dibala yanvarda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Sassuolo” üzərində 3:1 hesablı qələbə qazanan “Yuventus” hazırda 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.