00:00 12-01-2021
news_image
312
FUTBOL

“Messiyə Çempionlar Liqasını qazanma fürsəti verməliyik” - Laporta

İspaniyanın “Barselona” klubunda prezidentliyə namizəd Joan Laporta komandanın kapitanı Lionel Messi ilə bağlı planlarından söz açıb.

Apasport.az saytının məlumatına görə, sabiq rəhbər seçkilərdə qalib gələcəyi təqdirdə, argentinalı superulduzu komandada saxlamağa çalışacağını söyləyib.

Laporta 33 yaşlı oyunçunun gedişini də istisna etməyib: “Messiyə “Barselona” ilə Çempionlar Liqasını qazanma fürsəti verməliyik. Onu burada saxlamaq prioritetdir. Dövrünün böyük oyunçuları “Barselona”da oynadı. Ancaq Leo özəldir. Dünyanın ən yaxşısıdır, buna görə də bu qədər təqdir olunur. Messinin burada qalması vacibdir. Əgər bu baş verməsə, yenə də önümüzə baxmalıyıq. Bir gün qəbul etməli olursan”.

Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.