23:07 11-01-2021
news_image
226
FUTBOL

Akademiyanın fəaliyyətini dayandırdı – “Çelsi”

“Çelsi” klubu futbol akademiyasının fəaliyyətini dayandırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirusa kütləvi yoluxmadır.

Akademiyanın oyunçularında 20 yoluxma faktı aşkarlanıb. Rəhbərlik bütün futbolçulara və məşqçilərə evdə qalmaları barədə məlumat verib. Akademiyanın oyunçuları həftə ərzində evlərində məşq edəcəklər.

Qeyd edək ki, “Çelsi”nin Premyer Liqada “Fulhem”lə yanvarın 15-də keçirilməli olan oyunu koronavirus səbəbindən bir gün sonraya təyin edilib.