00:16 12-01-2021
news_image
250
FUTBOL

Fransaya qayıdır – “Lester”in hücumçusu

İngiltərənin “Lester” klubunun hücumçusu İslam Slimani karyerasını yenidən Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, “Monako”nun sabiq futbolçusu “Lion”da çıxış edəcək.

Klublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. Əlcəzair millisinin üzvü tezliklə Fransaya yollanaraq Liqa1 təmsilçisində tibbi müayinədən keçəcək. 33 yaşlı oyunçunun müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, İslam Slimani “Lester”ə 2016-cı ildə “Sportinq”dən keçsə də, “Nyukasl”, “Fənərbaxça”, “Monako” kimi klublarda icarə əsasında çıxış edib.