
01:56
İranlı müdafiəçi Hoccat Haqverdinin “Sumqayıt”a keçidi rəsmiləşib.
Apasport.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilir ki, hazırda ölkəmizdə olan 28 yaşlı mərkəz müdafiəçisi “gənclik şəhəri” təmsilçisi ilə rəsmi müqaviləyə qol çəkib. Sözləşmənin detalları açıqlanmasa da, bunun 6 aylıq olması gözlənilir.
Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində hələlik digər iranlı futbolçu Mehdi Şərifini komandaya qaytarıb və Cabir Əmirlini “Neftçi”dən icarəyə götürüb.