09:48 12-01-2021
news_image
656
FUTBOL

Onilliyin ən yaxşı pleymeykeri - Messi

Onilliyin ən yaxşı pleymeykerlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-20-ci illərin ən yaxşısını müəyyənləşdirib.

Argentina millisinin və İspaniya “Barselona”sının ulduzu Lionel Messi hamını qabaqlayıb. O, son 10 ilin sorğularının yekununa əsasən 174 xala malikdir.

İkinci pillədə Andres İnyesta qərarlaşıb. İspaniyalı 127 xal toplayıb. Xorvatiyalı Luka Modriç 113 xalla 3-cü olub.

İlk “beşlik”də  belçikalı Kevin de Bruyne və almaniyalı Toni Kroos qərarlaşıb. Eden Azar (Belçika), Neymar (Braziliya), Məsut Özil (Almaniya), Andrea Pirlo (İtaliya) və Yaya Ture (Fil Dişi Sahili) ən yaxşı 10 oyun qurucusu sırasına düşüb.