09:55 12-01-2021
news_image
331
FUTBOL

“Milan” müdafiəçisini icarəyə verdi – “Başakşəhər”ə

İtaliyanın “Milan” klubunun futbolçusu Leo Duartenin Türkiyə “Başakşəhər”inə keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu A seriyası təmsilçisi açıqlayıb.

24 yaşlı braziliyalı müdafiəçi İstanbul klubuna icarə əsasında keçib. O, 2022-ci ilin yayına qədər Türkiyədə çıxış edəcək. Anlaşmaya əsasən “Başakşəhər” sonradan futbolçunu almaq hüququna da malikdir.

Qeyd edək ki, “Milan” Leonu 2019-cu ilin yayında Braziliya “Flamenqo”sundan 10 milyon avroya alıb. O, cari mövsüm A seriyasında 1 matç keçirib.