11:42 12-01-2021
news_image
394
FUTBOL

Superkubokun təxirə salınmasını istədi – “Napoli”nin prezidenti

“Napoli” klubu İtaliya Superkubokunun təxirə salınmasını istəyir.

Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi “Yuventus”la həlledici qarşılaşmaya hazır deyil.

“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya Futbol Federasiyasına bununla bağlı müraciət ünvanlayıb. O, təqvim sıxlığından və azarkeşsiz oynamaqdan şikayətlənib. Laurentis görüşün mövsümün sonlarına yaxın baş tutmasını təklif edib. Lakin federasiya buna mənfi cavab verib.

Qarşılaşmanın öncədən nəzərdə tutulduğu vaxtda – yanvarın 20-də “Sassuolo”nun stadionunda keçiriləcəyi bildirilib.