12:10 12-01-2021
news_image
423
FUTBOL

“Borussiya”nın futbolçusuna iki müştəri – “Bavariya” və “Real”

Mönhenqladbax “Borussiya”sının futbolçusu Florian Noyxaus karyerasını Avropa nəhənglərindən birində davam etdirmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi də Almaniya təmsilçisini tərk etməkdə maraqlıdır.

O, mövsümün sonunda daha iddialı kluba keçmək istəyir. Lakin “Borussiya” müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Noyhausu buraxmaq fikrində deyil.

Bundesliqa klubu Florian üçün müqavilədə əks olunan transfer qiymətini əsas gətirir. “Bavariya” və İspaniya “Real”ı yarımmüdafiəçini heyətində görmək istəsə də, bu qiyməti şişirdilmiş hesab edir.

Qeyd edək ki, Noyhaus 2017-ci ildən “Borussiya”da oynayır.