12:25 12-01-2021
news_image
358
FUTBOL

Xərçəng xəstəliyinə tutuldu – sabiq “Trabzonspor”lu

Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Sol Bamba xərçəng xəstəliyinə tutulub.

Apasport.az xəbər verir ki, bu barədə mərkəz müdafiəçisinin klubu “Kardiff” məlumat yayıb.

Çempionşip təmsilçisi 36 yaşlı oyunçuda lenf xərçəngi aşkarlandığını açıqlayıb. Ucaboy futbolçunun müayinəsinə artıq start verilib.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Sol Bamba karyerası ərzində “Danfermlayn”, “Hibernian”, “Lester”, “Trabzonspor”, “Palermo”, “Lids” və “Kardiff”in formasını geyinib.