15:03 12-01-2021
news_image
399
FUTBOL

Superkubok matçı öncəsi yeni yoluxma - PSJ-də

PSJ klubu Fransa Superkuboku matçı öncəsi koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisində yeni yoluxma faktı aşkarlanıb.

22 yaşlı müdafiəçi Kolen Daqbanın testinin pozitiv nəticələndiyi və tibbi protokola uyğun olaraq onun karantinə alındığı bildirilib. Bundan əvvəl isə digər müdafiəçi Tilo Kererin koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, yanvarın 13-də Lansda keçiriləcək Superkubok oyununda PSJ “Marsel”lə qarşılaşacaq.