15:33 12-01-2021
news_image
291
FUTBOL

Olimpiya Oyunlarını keçirə bilər - Ufa

2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarını keçirməyə namizədlərin siyahısı artıb.

Apasport.az saytının məlumatına görə, Rusiyanın Ufa şəhəri də dördilliyin mötəbər yarışını qəbul etməkdə maraqlıdır.

Namizədliklə bağlı sifarişlərin qəbulu hələ başlamayıb. Bu üzdən də rusiyalıların istəyi rəsmiləşməyib.

Ufaya qədər Vankuver (Kanada), Solt-Leyk-Siti (ABŞ), Sapporo (Yaponiya) və iki ortaq təşkilatçılıq ehtimalı var. Bunlar İspaniya, Fransa, Andorra və Polşa, Ukrayna, Latviya “üçlük”ləridir.

Qeyd edək ki, Olimpiadanın ev sahibi 2030-cu ildə bəlli olacaq.