16:35 12-01-2021
news_image
191
FUTBOL

Ronaldo ilə müqayisə olundu – “Mançester Yunayted”in yeni transferi

“Atalanta”dan hələlik sadəcə gənc bir oğlan alınıb. Ümid edirəm ki, gözləniləni verə biləcək”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand klubun “Atalanta”dan hücumçu Amad Diallonu transfer etməsinə münasibət bildirərkən deyib.

İngiltərəli mütəxəssis 19 yaşlı forvardı vaxtilə “qırmızı şeytanlar”ın formasını geyinmiş Kriştianu Ronaldo ilə müqayisə edib: “Onun oynadığı videolara baxırsınızsa və transfer danışığında iştirak edən insanlara inanırsınızsa, bu adamın dünyanı fəth edə biləcəyini hiss edirsiniz. “Mançester Yunayted”dəkilər brilyant qazdıqlarını düşünürlər. Ronaldo ilə müqayisə edərək, onu təzyiq altında saxlamaq istəmirəm. Amma Kriştianunu da aldığımız zaman onun barəsində portuqaliyalılardan başqa heç kim məlumata sahib deyildi. Dialloda da eyni hekayədir. Videolara əsasən Amad özünü göstərsə, dünya onun ayaqları altında olacaq”.

Qeyd edək ki, “Atalanta”dan 30 milyon avroya transfer edilən Amad Diallo yeni klubu ilə 4,5 illik müqavilə bağlayıb.