17:11 12-01-2021
news_image
209
FUTBOL

Mbappe satılır - Messi və Aquero üçün

Fransanın PSJ klubu yeni transferlər həyata keçirmək üçün heyətində bəzi ixtisarlar aparmalı olacaq.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi iki argentinalı ulduz futbolçu ilə güclənməyi planlaşdırır.

Rəhbərlik “Barselona”nın kapitanı Lionel Messi və “Mançester Siti”nin hücumçusu Serxio Aqueronun keçidində israrlıdır. Ancaq onların gəlişinə zəmin formalaşdırmaq üçün aparıcı hücumçu Kilian Mbappenin satılması planlaşdırılır. Fransızlar bununla həm qazanc götürmək, həm də maaş büdcəsini azaltmaq istəyir.

Qeyd edək ki, Kilian Mbappenin mövsümün sonunda “Real”a keçidi istisna edilmir.