17:24 12-01-2021
news_image
186
FUTBOL

“Fiorentina”dan getdi – Fransaya

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Pol Lirola karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Marsel” klubuna keçib.

23 yaşlı ispaniyalı Liqa1 təmsilçisinə yarım illik icarəyə verilib. Marsellilər həmin vaxt oyunçunu 12 milyon avroya transfer etmək hüququna da malik olacaq.

Qeyd edək ki, Lirola cari mövsüm 12 oyuna çıxıb.