
01:42
Türkiyənin “Bursaspor” klubunun futbolçusu Ali Akman karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 18 yaşlı hücumçu Premyer Liqa klublarının maraq dairəsinə düşüb.
Forvardla London nəhəngləri “Çelsi” və “Arsenal” maraqlanır. Yayda müqaviləsi başa çatacaq gənc istedad Bursa təmsilçisi ilə anlaşmanı uzatmaq niyyətində deyil.
Bu üzdən də Türkiyə klubu Akmanı indidən satmaq fikrindədir. Aşağı liqa təmsilçisi hücumçunun satışından 3 milyon avro qazanmaq arzusundadır.