22:34 12-01-2021
news_image
180
FUTBOL

Yeni təyinat – La Liqada

İspaniya La Liqasında çıxış edən “Hueska”nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Xose Roxo Martina Paketa təyin olunub.

52 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. “Numansiya”, “Ovyedo”, “Erkules”, “Elçe”, həmçinin Polşa və Tailandda çalışmış Paketanın qarşısına komandanı Primerada saxlamaq vəzifəsi qoyulub.

Qeyd edək ki, “Hueska” bunadək baş məşqçi Miçeli istefaya göndərib. Onun rəhbərliyi altında Sequndanın qalibi olan komandanın “Betis”ə 0:2 hesablı məğlubiyyəti son sınaq olub. 18 oyunda 12 xal toplayan komanda sonuncu pillədə qərarlaşıb.