00:19 13-01-2021
news_image
216
FUTBOL

“Lester” hücumçusunu satır – “Lion”a

İngiltərənin “Lester” klubunun futbolçusu İslam Slimani karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı əlcəzairli hücumçu “Lion”a keçməyə yaxındır.

O, sabah yeni klubunda tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq. İki klub arasında danışıqlar tam yekunlaşmasa da, Premyer Liqa təmsilçisi futbolçuya müayinə üçün Liona yollanmağa icazə verib.

Qeyd edək ki, Slimaninin “Lester”lə müqaviləsi yayda başa çatacaq.