00:28 13-01-2021
news_image
270
FUTBOL

“Bavariya” 3 illik müqavilə imzalayacaq – müdafiəçi ilə

Almaniyanın “Bavariya” klubunun heyətinə qatacağı yeni müdafiəçinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi İngiltərə “Redinq”inin futbolçusu Omar Riçardsı heyətinə qatacaq.

22 yaşlı müdafiəçi Münhen klubu ilə ilkin müqavilə imzalayacaq. Yayda klubunu dəyişəcək Riçardsla 3 illik anlaşma bağlanacaq.

Bu keçiddə məqsəd sol cinahda Alfonso Devisə rəqabət yaratmaqdır. David Alabanın mümkün gedişindən sonra bu addım zəruri hesab olunur.