22:52 12-01-2021
news_image
226
FUTBOL

“Çelsi” ilə danışıqlara başladı – “Milan”

İtaliyanın “Milan” klubu müdafiə xəttini Fikayo Tomori ilə gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi 23 yaşlı futbolçunun çıxış etdiyi İngiltərə “Çelsi”si ilə danışıqlar aparır.

Tomori öncədən “Milan” üçün ehtiyat variant sayılırdı. Lakin Fransa “Strasburq”undan transfer ediləcəyi gözlənilən Məhəmməd Simakanin zədələnməsi italiyalıların planlarını dəyişib.

Qeyd edək ki, Tomori cari mövsüm Premyer Liqada yalnız 1 oyun keçirib.