23:14 12-01-2021
news_image
220
FUTBOL

“Yalnız “Fənərbaxça”da – Özilin Türkiyə perspektivi

“Özil “Fənərbaxça”nın sadəcə azarkeşi deyil, fanatikidir”.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin sabiq futbolçusu Məsut Özilin agenti Erkut Soqut deyib.

O bildirib ki, bir sıra klublara keçəcəyi gündəmdə olan İngiltərə “Arsenal”ının yarımmüdafiəçisi Türkiyədə oynamağa qərar versə, yalnız bir komandada çıxış edəcək: “O, Türkiyədə yalnız “Fənərbaxça”da oynayacaq. Ümid edirəm ki, bu da baş verəcək. Bunun necə baş verəcəyini konkret söyləmək düzgün olmazdı. Onun son paylaşımlarından sonra artıq hamı onun nə istədiyini bilir”.