09:10 13-01-2021
news_image
385
FUTBOL

8 illik həsrətə son qoydu – “Mançester Yunayted”

İngiltərə Premyer Liqasının I turundan təxirə salınmış oyunda “Bernli”nin qonağı olan “Mançester Yunayted” 1:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bununla xallarının sayını 36-ya çatdıran “mankunianlar” turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Ən yaxın izləyicisi “Liverpul”u 3 xal qabaqlayan “Mançester Yunayted” son 8 ildə ilk dəfə Premyer Liqaya liderlik edir. Komanda axırıncı dəfə 2013-cü ilin yanvarında turnir cədvəlinə başçılıq edib.

Qeyd edək ki, “Bernli” ilə görüşdə yeganə qola 71-ci dəqiqədə Pol Poqba imza atıb.