09:19 13-01-2021
news_image
676
FUTBOL

5-ci legionerini yola saldı - “Keşlə”

“Keşlə” klubu daha bir əcnəbi futbolçusu ilə yollarını ayırıb.

Apasport.az-ın Ukraynanın footboom.com saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Dmitri Klots paytaxt klubu ilə vidalaşıb.

Ukraynalı orta sahə oyunçusu mövsümün ilk yarısında baş məşqçi Yunis Hüseynovun aparıcı futbolçularından biri olmasına və bütün matçlarda meydanda olmasına baxmayaraq, gözlənilmədən yola salınıb. Tərəflər mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıqla xitam veriblər.

Bununla ötən ilin yayında Ukrayna “Karpatı”sından “Keşlə”yə keçən Klots artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, “Keşlə” buna qədər Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşlə yollarını ayırıb.