09:48 13-01-2021
news_image
1063
TOP OYUNLARI

Macarıstan klubunun düşərgəsində - millimizin sabiq hücumçusu

Azərbaycan milli komandasının sabiq voleybolçusu Katerina Jidkova karyerasını Macarıstanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu “Bekeşçaba” klubuna keçməyə yaxındır.

Hazırda bu komandanın düşərgəsində olan Jidkova yaxın günlərdə macarıstanlılarla müqavilə bağlaya bilər. O, hələlik komandanın hazırlıqlarına qatılmaqla kifayətlənir.

Klubun prezidenti Adam Baran voleybolçunun onlarla məşq etməsinə münasibət bildirib: “Hazırda komandamızda yalnız bir diaqonal oyunçu var. Bu da Marta Drpdır. Bu üzdən Jidkovanın komandaya qoşulması gündəlik məşqlərdə faydalıdır. Belə təcrübəli və nəticələrə malik idmançının komandamızda hazırlıq keçməsi bizim üçün şərəfdir. Biz səylə çalışırıq ki, Katerina Jidkovaya yenidən özünü yaxşı tərəfdən göstərməsinə kömək olaq”.

Qeyd edək ki, bir müddət öncə Yunanıstanın AEK klubundan ayrılan Jidkova azad agent statusuna malikdir.