10:46 13-01-2021
news_image
515
FUTBOL

“Azərbaycanın çox pulu var, istədiyini ala bilir” – federasiya rəsmisi

Serbiya Futbol Federasiyasının futzal üzrə direktoru Boyan Paviçeviç futzalda milliləşməyə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, o, ölkəsinin mətbuatına açıqlamasında bir neçə komandanın bu sayədə gücləndiyini söyləyib.

Paviçeviç Braziliya, İspaniya və Rusiyadan başqa daha bir neçə yığmanın supergüc olduğunu düşünür ki, onlar arasında Azərbaycan millisini də göstərib: “Bəzi braziliyalılar Azərbaycan, Gürcüstan və Qazaxıstanda oynayırlar, buna görə də dünya futzalının zirvəsindədirlər. Onların çox pulları var, istədiklərini ala bilirlər. Rumınlarda 3, ruslarda 4, italyanlarda isə 10 braziliyalı var. Bu bir fəlakətdir, bunu dəstəkləmirəm. Mənası olmadığı üçün qarşı çıxan komandayıq”.