11:10 13-01-2021
news_image
467
FUTBOL

“Real”ın strategiyası hazırdır – Mbappenin transferi üçün

İspaniyanın “Real” klubu Fransa təmsilçisi PSJ-nin hücumçusu Kilian Mbappenin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, “kral klubu” gənc forvardın mövsümün sonunda keçidi ilə bağlı strategiyasını da müəyyənləşdirib.

Rəhbərlik büdcə formalaşdırmaq üçün Qaret Beyl (“Tottenhem”də icarədədir), İsko, Marselo, Dani Sebalyos (“Arsenal”da icarədədir), Luka Yoviç və Braim Diası (“Milan”da icarədədir) sataraq 150 milyon avroluq gəlir götürməyi planlaşdırır. İspanlar hesab edirlər ki, Mbappenin PSJ ilə müqavilə müddətinin azalmasından yararlanaraq onu transfer qiymətində endirim olacaq. Ancaq Paris klubu 22 yaşlı forvardın keçidindən ən azı 222 milyon avro qazanmaq fikrindədir.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 14 qol, 8 assistlə yadda qalıb.