14:33 13-01-2021
news_image
924
FUTBOL

İlk məşqçisi köməkçi gətirdi – Rəşad Sadıqov

“Zirə”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

Apasport.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yeni məşqçi təyinatları gerçəkləşib.

Vaqif Paşayev və Hacı Əhmədov bundan sonra paytaxt təmsilçisində çalışacaq. Onlar baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin ediliblər. Paşayev Sadıqovun ilk məşqçisi olub. 

Qeyd edək ki, “Zirə” ötən ay məşqçi Borçe Xristovla yollarını ayırıb.